EN

AĞ EVİN QƏRARI KİYEVDƏ NARAHATLIQ DOĞURUB » AzadMedia.az

AĞ


ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırması dünya gündəmini silkələyib. Ağ Evin bu qərarı Kiyevdə ciddi narahatlıq yaradıb . Ukrayna rəhbərliyi xəbərdarlığına görə Silah axınının kəsilməsi Rusiya üçün daha uzun və qanlı müharibənin siqnalıdır.

Kiyevə görə, gecikən hər yardım Kremlə sülhə yox, yeni hücumlara stimul verir.

Ukrayna XİN və Müdafiə Nazirliyi ABŞ ilə dialoqu davam etdirdiklərini desə də, Vaşinqtondan rəsmi bildiriş alınmadığını vurğulayırlar.
Prezident Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında son NATO sammitində keçirilən görüşdə də bu məsələ əsas müzakirə mövzularından biri olub. Tramp bildirib ki, ABŞ Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri verməyi düşünür.

Lakin, ABŞ Müdafiə Nazirliyi qeyd edir ki, bu addım ölkənin silah ehtiyatlarının kritik həddə düşməsi ilə bağlıdır. Rusiya isə qərarı alqışlayır – Kremlin sözçüsü Dmitri Peskov silahlar azaldıqca, müharibənin sonunun yaxınlaşdığını söyləyib.
Ötən həftə Rusiya Ukraynaya qarşı müharibənin başlanmasından bəri ən böyük hava hücumunu həyata keçirib. 500-dən çox raket və dron Ukrayna şəhərlərini hədəf alıb.

Avropadan yardım davam etsə də, Kiyev Amerika olmadan bu müharibədə dözümlülüyün çətin olacağını bildirib.
Yeri gəlmişkən, Fransa Prezidenti Makron və Rusiya Prezidenti Putin arasında baş tutan ilk telefon danışığı da münaqişəyə diplomatik həll yollarının axtarışına ümid yaradıb.

Chosen
13
38
azadmedia.az

10Sources