BAKI, 3 iyul. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığını şərh edib.
Teleqraf xəbər verir ki, o, Tramp və Putini birləşdirən ümumi mövzuların olmadığını bildirib.
“Əmin deyiləm ki, Tramp və Putinin ümumi ideyaları, mövzuları var. Onlar tamamilə fərqli insanlardır. Əgər onlar Ukraynadan danışırlarsa, o zaman biz Trampın irəli sürdüyü qeyd-şərtsiz atəşkəs ideyasını dəstəkləyirik.
Rusiyada isə yalnız Putin qərarlar qəbul edir, ona görə də bizə liderlər səviyyəsində görüş lazımdır”, - o qeyd edib.