AZ

Müharibə bitməyəcək: Ağ Ev mesaj verdi

Rusiya və Ukrayna arasında müharibənin bitəcəyinə dair gözləntilər puç olur. 

Bundan əvvəl iki ölkənin tezliklə sülh danışqılarına başlaması reallıqdan uzaq olsa da, atəşkəs reiminin mümkünlüyü istisna olunmurdu. 

“Cebheinfo.az” xəbər verir ki, ancaq ABŞ Prezidenti Donald Trampın son açıqlamaları, Rusiyanın Kiyevə çox sayda PUA ilə gecə hücumları atəşkəs rejiminin mmkünsüzlüyünü göstərir.  Belə ki, ABŞ Prezidenti Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı müharibəni bitirmək niyyətində olmadığını düşünür. Onun fikrincə, bu, çox pisdir. 

ABŞ Prezidenti bu barədə bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışacaq. ABŞ-nin bundan sonrakı tutumu məhz bu danışıq zamanı üzə çıxacaq. 

Bundan əvvəl yayılan məlumata görə, Amerika Ukraynaya yeni silah tədarükünü dayandırıb. Məlumata görə ki, Vaşinqton Kiyevi bütün növ silahlarla təchiz etməyi dayandırıb, lakin ABŞ bu məlumatı rəsmən təsdiqləmir.

Hələlik görünən odur ki, Tramp Putini atəşkəsə inandıra bilmir.

Seçilən
0
15
cebheinfo.az

10Mənbələr