EN

Azərbaycan və Gürcüstan hərbi polislərinin birgə təliminin keçirilməsi müzakirə olunub

Azərbaycan Respublikası Müdafiə Naziriliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub.

Müdafiə Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Tbilisi şəhərində Heydər Əliyev adına parkda Ümummilli Liderin büstünü ziyarət edib.
Sonra idarə rəisi Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi general-mayor Şalva Şengelia ilə görüşüb.
Görüşdə birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinə Gürcüstan hərbi polisi və onun əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub.
Görüşdən sonra silahlara və texnikaya baxış keçirilib, döyüş atışlı təlimlər, o cümlədən bina əməliyyatı və yüksək ranqlı şəxslərin qorunması tədbirlərinin icrası izlənilib.

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
Chosen
19
15
xezerxeber.az

10Sources