AZ

Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Naziriliyinin DaxiliTəhlükəsizlik və Təhqiqat Baş İdarəsinin Hərbi Polis İdarəsininrəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndəheyəti Gürcüstanda səfərdə olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsindəAzərbaycan nümayəndə heyəti Tbilisi şəhərində Heydər Əliyev adınaparkda Ümummilli Liderin büstünü ziyarət edib.

Sonra idarə rəisi Gürcüstan Müdafiə Nazirliyinin Hərbi PolisDepartamentinin rəisi general-mayor Şalva Şengelia ilə görüşüb.

Görüşdə birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuranbir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinə Gürcüstan hərbi polisi və onunəsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub.

Görüşdən sonra silahlara və texnikaya baxış keçirilib, döyüşatışlı təlimlər, o cümlədən bina əməliyyatı və yüksək ranqlışəxslərin qorunması tədbirlərinin icrası izlənilib.

Tbilisidə
Seçilən
3
15
az.trend.az

10Mənbələr