BAKI, 2 iyul. TELEQRAF
Almaniya İranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığı dayandırmaq qərarını dərhal ləğv etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Gize brifinqdə deyib.
“İranın AEBA ilə əməkdaşlığı diplomatik həll üçün vacibdir. Tehranın bu əməkdaşlığı dayandırması dəhşətli siqnal olardı, çünki bu halda İranın nüvə proqramı istənilən beynəlxalq yoxlamadan məhrum olacaq”, - diplomat bildirib.
Gize vurğulayıb ki, İran AEBA-nın nüvə proqramı üzərində nəzarəti həyata keçirməsinə icazə verməlidir: “Bununla əlaqədar olaraq, biz bir daha İranı AEBA ilə əməkdaşlığı dayandırmaq qərarını dərhal ləğv etməyə çağırırıq”.
Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkian iyulun 2-də Tehranla AEBA arasında əməkdaşlığı dayandıran qanunu imzalayıb. Sənəd prezident tərəfindən imzalandığı andan qanun qüvvəyə minmiş hesab olunur və icrası məcburidir.