AZ

Avropa İttifaqı: İranın nüvə proqramının etibarlı mülki məqsədi yoxdur

Avropa İttifaqı: İranın nüvə proqramının etibarlı mülki məqsədi yoxdur

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Anuar El Anouni bildirib ki, İranın nüvə proqramında etibarlı mülki məqsəd mövcud deyil.

El Anouni Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Aİ-nin İranın nüvə proqramı ilə bağlı siyasətinə dair sualları cavablandırıb.

O qeyd edib ki, İranın nüvə proqramının etibarlı sivil istifadə məqsədi yoxdur və Tehranı Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindəki öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıb.

El Anouni Aİ-nin İranın nüvə silahı hazırlamasına qarşı olduğunu bir daha vurğulayıb və bu məsələdə davamlı həll yolu tapılması üçün bütün diplomatik təşəbbüslərə dəstək verməyə hazır olduqlarını bildirib.

Bununla yanaşı, o, İranın əməkdaşlığını dayandırdığı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və qurumun rəhbəri Rafael Qrossiyə də dəstək olduqlarını ifadə edib.

Xatırladaq ki, İran Qrossini İsrail və ABŞ-ın ölkə daxilindəki nüvə obyektlərinə qarşı hücumlarını leqallaşdırmaqda və İsrail adından casusluq etməkdə ittiham etmiş, bundan sonra onun ölkəyə girişinə icazə verilməyəcəyini açıqlamışdı.

İran parlamenti 25 iyun tarixində BAEA ilə əməkdaşlığı dayandıran qanun layihəsini səsvermə ilə qəbul etmişdi. Parlamentin qəbul etdiyi qanunu təsdiqləyən orqan olan Konstitusiyanı Mühafizə Şurası isə 26 iyunda bu qanunu təsdiqləmişdi.

BAEA ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun 2 iyul tarixində prezident Məsud Pezeşkiyanın imzası ilə qüvvəyə minib.

Seçilən
7
35
afn.az

10Mənbələr