AZ

ABŞ və İran gələn həftə Osloda nüvə danışıqları aparmağı planlaşdırır

ABŞ-dakı Ağ Evə yaxın mənbələr Vaşinqton və Tehranın gələn həftə Norveçin paytaxtı Osloda nüvə danışıqlarına yenidən başlayacağını iddia edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Mənbələr konkret tarixin təyin olunmadığını və heç bir ölkənin görüşün keçiriləcəyini hələlik ictimaiyyətə təsdiq etmədiyini bildirib.

Vitkoff və Əraqçi İran və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə atəşkəslə başa çatan 12 günlük hərbi əməliyyatlar zamanı və ondan sonra birbaşa təmasda olublar.

İddia edilən görüş baş tutsa, bu, keçən ay İranın nüvə obyektlərinə hücumdan sonra iki ölkə arasında ilk birbaşa danışıqlar olacaq.

Tehran bu həftənin əvvəlində İran parlamentinin qəbul etdiyi və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə bütün əməkdaşlığı dayandıran yeni qanunu həyata keçirdiyini açıqlayıb.

Seçilən
9
35
operativmm.az

10Mənbələr