EN

Bombardmanla İranın nüvə sənayesini məhv etmək mümkün olmayacaq – Vitse-prezident

Bakı. Trend:

Bombardmanla İranın nüvə sənayesi və nüvə texnologiyasını məhvetmək mümkün olmayacaq.

Trend-inməlumatına görə, bunu İranın vitse-prezidenti və Atom EnerjisiTəşkilatının sədri Məhəmməd Eslami bu gün Tehranda NazirlərKabinetinin iclasından sonra jurnalistlərə verdiyi açıqlamadadeyib.

Onun sözlərinə görə, nüvə sənayesi və texnologiyası İranda yerlisənaye sektoruna çevrilib.

Eslami bildirib ki, İranın nüvə proqramı və nüvə sənayesi dahagüclü şəkildə davam etdiriləcək.

Eslami deyib ki, İrana edilən hücum BMT nizamnaməsinə ciddizərbə idi.

Qeyd edək ki, İran İsrailin 12 günlük hərbi hava hücumlarındaİranda 3,5 min yaşayış binasına ziyan dəydiyini açıqlayıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb. Elə həmin günün axşamı, İran “Doğru Vəd III”əməliyyatı ilə İsrailə cavab verib.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumlarıedib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhvedildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Chosen
20
35
az.trend.az

10Sources