EN

2024–2025-ci tədris ilində SABAH qruplarından 1421 nəfər məzun olur

Bakı, 2 iyul, AZƏRTAC

2024–2025-ci tədris ilində 10 ali təhsil müəssisəsi üzrə SABAH qruplarından 1421 nəfər məzun olur.

AZƏRTAC xəbər verir ki, onlardan 955-i bakalavriat, 466-sı magistratura tələbəsidir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “SABAH qrupları” layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə 4134 tələbəni və 6842 məzunu əhatə edir.

Chosen
8
50
azertag.az

10Sources