Moskva Azərbaycanda həbs olunan rusların maraqlarını qorumaq üçün bütün vasitələrdən istifadə edəcək.
Avtosfer.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Rusiya prezidentinin mətbuat katibi Bakıda 8 rusiyalının həbsinə Kremlin reaksiyası ilə bağlı sualın belə cavablandırıb: "Həqiqətən, biz bütün videogörüntüləri gördük, bütün detallara diqqət yetirdik. Biz diplomatik kanallar vasitəsilə vətəndaşlarımızın qanuni maraqlarını qoruyacağıq. Və bunun üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik".