Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda rusların kütləvi saxlanmasından sonra yaranmış vəziyyətin həlli istiqamətində fəal iş aparır.
"Unikal" xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik Rusiya KİV-ə açıqlayıb.
"İşçilərimiz işləyir. Xarici ölkəyə gəlib adam apara bilmərik. Amma saxlanılanların hamısı ilə bağlı sənədlər hazırlanaraq Rusiya Xarici İşlər Nazirliyinə göndərilir. Qeydlər hazırlanır ki, vətəndaşlarımız yaxın vaxtlarda azadlığa çıxsın", - səfirlik nümayəndəsi bildirib.
O, əlavə edib ki, bu, hazırda digər ruslarla birlikdə Azərbaycan təcridxanasında saxlanılan 35 yaşlı Yekaterinburq sakini Aleksandr Vayseroya da aiddir.
Vayseronun qohumları bildiriblər ki, o, ixtisasca həqiqətən də proqramçı olub.
Ağarza Elçinoğlu