Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı Moskva ilə Bakı arasında əlaqələrdən danışıb.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov tərəflərin daim təmasda olduğunu vurğulayıb.
"Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycanın baş prokuroru Kamran Əliyev ilə daimi əlaqə saxlayır. Onlar problemli görünən məsələləri araşdırırlar", - Peskov izah edib.
Gülayə Mecid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.