EN

Şəhid anası və şəhid yoldaşı məzun oldu - FOTOLAR

Şəhid Ağami Əlişanovun anası, Xaçmazın Qaradağlı kənd sakini Dilbər Əhmədova və şəhid Tural Ağabəyovun həyat yoldaşı, Manafoba kənd sakini Turanə Ağabəyova eksternat qaydada imtahan veriblər.

Bakıvaxtı.az xəbər verir ki, imtahanı uğurla başa vuran hər iki şəxs tam orta təhsil haqqında attestat alıb.

Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev tərəfindən attestatlar onlara təqdim edilib.

Qeyd edək ki, şəhid anası D.Əhmədova 1993-cü ildə Qaradağlı kənd tam orta məktəbində 9-cu sinifi, şəhidin həyat yoldaşı Turanə Ağcabəyova isə 2008-ci ildə Palçıqoba kənd tam orta məktəbini bitirib.

Onlardan birinin 32, digərinin 17 il sonra məzun olması təqdirəlayiq hesab olunub.

Chosen
36
50
bakivaxti.az

10Sources