AZ

Şəhid anası və şəhid yoldaşı məzun oldu - FOTO

Xaçmaz rayonu Qaradağlı kənd sakini şəhid Ağami Əlişanovun anası Dilbər Əhmədova və Manafoba kənd sakini şəhid Tural Ağcabəyovun həyat yoldaşı Turanə Ağcabəyova eksternat qaydada imtahan verərək tam orta təhsil haqqında attestat alıb.
 
Moderator.az xəbər verir ki, Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev tərəfindən attestatlar məzunlara təqdim olunub.
 
Sektor müdiri həmçinin bildirib ki, hər iki şəhid ailə üzvü Regional Təhsil İdarəsinin rəhbərliyinin tapşırığına əsasən yaxın günlərdə Xaçmaz rayon ümumtəhsil müəssisələrində işlə təmin olunacaqlar.
Seçilən
21
50
moderator.az

10Mənbələr