EN

Qyökereşin yeni klubu məlum oldu

style='margin-bottom:10px;'>

"Sportinq"in ötən mövsümdəki oyunu ilə diqqət çəkən futbolçusu Viktor Qyökereşin yeni klubu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu brədə insayder Nikolo Şkira məlumat yayıb.

27 yaşlı hücumçu karyerasını "Arsenal"da davam etdirəcək. Bildirilir ki, o, artıq klubu ilə müqavilə imzalayıb. Müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, daha əvvəl "Mançester Yunayted" Viktorla fəal maraqlansa da, forvard Çempionlar Liqasında oynamayacaq kluba keçməkdən imtina edib.

Ötən mövsüm Qyökereş bütün turnirlərdə 52 oyuna çıxıb, 54 qol vurub və 13 məhsuldar ötürmə verib. 

Chosen
17
33
teleqraf.com

10Sources