AZ

Viktor Gyökereş İngiltərə klubu ilə anlaşıb

Lissabon "Sportinq"inin hücumçusu Viktor Gyökereş London "Arsenal"ı ilə anlaşıb.

İdman.biz xəbər verir ki, insayder Nikolo Skira futbolçunun 2030-cu ilin yayına müqavilə bağlayacağını açıqlayıb.

Daha əvvəl "Mançester Yunayted" Gyökereşi heyətinə qatmağa çalışsa da, isveçli Çempionlar Liqasından kənar qalan kluba keçməkdən imtina edib.

Qeyd edək ki, Gyökereş geridə qalan mövsümdə bütün turnirlərdə 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalının məlumatına görə, onun transfer dəyəri 75 milyon avro təşkil edir.

İdman.biz

Seçilən
19
33
idman.biz

10Mənbələr