AZ

Uolkerin yeni klubu bəlli oldu

style='margin-bottom:10px;'>

"Bernli" "Mançester Siti"nin futbolçusu Kayl Uolkeri transfer edib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Tərəflər arasında bütün sənədləşmə işləri tamamlanıb. Təcrübəli müdafiəçi ilə 2 illik müqavilə razılaşdırılıb. Müqaviləyə əsasən, transferin ümumi dəyəri 5 milyon funt sterlinqə qədər yüksələ bilər. Bu məbləğ Uolkerin oyunların 70 faizində iştirak etməsi və “Bernli”nin Premyer Liqada qalması şərti ilə ödəniləcək.

Bildirilir ki, futbolçunun tibbi müayinəsinin ilk mərhələsi artıq keçirilib.

Qeyd edək ki, Kayl Uolkerin "Mançester Siti" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirmişdi. 

Seçilən
4
33
teleqraf.com

10Mənbələr