EN

Təkrar sertifikasiyadan kəsilən müəllimlər işlə təmin edilə bilər

Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, 2025-ci ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar 31 iyul tarixinə qədər Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.

Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir

Qeyd edək ki, Təkrar sertifikasiyada iştirak edən 2 006 müəllim yenidən müvafiq keçid balını toplaya bilməyib. Təkrar sertifikasiya prosesinə dəvət olunsa da, 334 nəfər müəllim imtahanda iştirak etməyib və bu səbəbdən onlar da sertifikasiyadan keçməmiş hesab olunublar. Bundan əlavə, 4 nəfərin nəticəsi imtahan qaydalarını pozduğuna görə ləğv edilib. Beləliklə, 2344 müəllim təkrar sertifikasiyadan kəsilmiş hesab olunub.

Chosen
23
9
azedu.az

10Sources