"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Naxçıvan Dövlət Universitetinin ilk məktəbəqədər təhsil müəssisəsini yaratmağı planlaşdırırıq".
TƏHSİL.BİZ xəbər verir ki, bunu Naxçıvanda 2024-2025-ci tədris ili üzrə nailiyyətləri olan şagirdlərin mükafatlandırılması tədbirində Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev deyib.
O bildirib ki, bununla bağlı bu ilin sonuna qədər ilkin addımlar atılacaq.