EN

"Rusiya-Ermənistan münasibətlərini məhv edən budur" - Simonyan

"Rusiyalı həmkarlarımın bu gün Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsini ciddi müzakirə etməyin vaxtı çatdığı barədə bəyanatıma reaksiyalarını oxuyanda istər-istəməz özümə sadə, lakin vacib bir sual verirəm: bu hörmətli insanların heç biri öz-özünə "niyə?" sualını vermirmi?"

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan sosial şəbəkə hesabında rus dilində yazıb.

Onun sözlərinə görə, bu mövzuda nəyisə, kimisə günahkar görmək lazım deyil: "Günahkarları icad etməyə ehtiyac yoxdur: sadəcə olaraq televizoru yandırmaq kifayətdir. Çünki Rusiya-Ermənistan münasibətlərinin korlayan ən yaxşı adamlar Qərbin kəşfiyyat orqanları, mifik agentləri və ya QHT-ləri deyil, Rusiyanın bəzi dövlət telekanalları, jurnalistləri və redaktorlarıdır".

Simonyan Rusiyanın televiziya kanallarının bağlanması barədə qənaətə nə zaman və hansı səbəbə gəldiyini belə izah edib:  

Rusiyanın dövlət televiziya kanalları Ermənistanın seçilmiş hakimiyyətini ən nalayiq sözlərlə, bəzən açıq-aşkar ədəbsizliklə təhqir etdikdə;

Hakimiyyətlərimizin birbaşa və azad seçkilərlə seçildiyini unudaraq Ermənistan cəmiyyətini sistemli şəkildə öz hakimiyyətlərinə qarşı qoyanda;

Ermənistan Respublikasının suverenliyini, müstəqilliyini və hətta mövcudluğunu şübhə altına alanda;

Tarixi, vaxtı və yeri göstərilməklə, mövcud konstitusiya quruluşuna qarşı faktiki olaraq nümayişlərə çağırış;

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşlarının öz ölkələrinin qanunlarını tətbiq edən hərəkətlərini açıq şəkildə pisləmək.

Siyasi proseslərdən tutmuş milli simvollara qədər Ermənistanın daxili həyatının bütün sahələrinə müdaxilə edilir. Moskvalı həmkarlarıma təklif edirəm ki, heç olmasa bir dəqiqəlik əks vəziyyəti təsəvvür etsinlər.

Bu hallar Ermənistanın dövlət televiziya kanallarında olsa nə deyərdiniz?

Rusiya-Ermənistan münasibətlərini əslində məhv edən məhz budur – nə Qərb, nə də erməni xalqı və siyasətçiləridir.

Beləliklə, nəhayət özünüzə bir, lakin dürüst sual verməyə çalışın: Niyə?

Bu, (Ermənistandakı Rusiya kanalları - red.) dayandırılmalıdır. Ya siz dayandırın, ya da biz dayandıracağıq". 

Ağarza Elçinoğlu

Chosen
22
50
unikal.az

10Sources