EN

Sumqayıtda qadın küçədə öldürüldü - Əri saxlanıldı-Video

Sumqayıtda 40 yaşlı Aygün Bağırova küçədə bıçaqlanaraq qətlə yetirilib. 

“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində baş verib. 

Onun əri tərəfindən bıçaqlanaraq öldürüldüyü bildirilir. Hadisə şahidlərinin sözlərinə görə əvvəlcə ər-arvadın arasında mübahisə olub. Sonra isə kişi bıçaqla ona çoxsaylı xəsarətlər yetirib.

Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb, qadın xəstəxanaya çatdırıldıqdan bir qədər sonra vəfat edib. 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır. 

Daha ətraflı süjetdə:

Chosen
36
8
qafqazinfo.az

10Sources