AZ

Tesla səhmləri 7% düşdü

Finss.az - ABŞ-ın elektrik avtomobili istehsalçısı Tesla-nın səhmləri, baş direktor İlon Maskın yeni siyasi partiya yaratdığını açıqlamasından sonra bazar öncəsi ticarətdə 7%-dən çox dəyər itirib.

Səhmlər 292,8 dollara qədər geriləyib.

Wedbush broker şirkətinin analitikləri Maskın siyasətə daha dərindən daxil olmasının Tesla investorları üçün narahatlıq doğurduğunu bildirir. Onlar Maskın bu addımını satışlarda azalma və avtonom nəqliyyat vasitələrinə keçid hazırlıqları fonunda səhmlərə əlavə təzyiq kimi qiymətləndirirlər.

Bundan əlavə, Mask ilə ABŞ Prezidenti Donald Tramp arasında yaranan siyasi gərginlik də investorların diqqət mərkəzindədir. Wedbush-un fikrincə, Maskın siyasətdə irəliləməsi Tesla üçün risklər yarada bilər və şirkətin idarə heyəti buna reaksiya verə bilər.

Buna baxmayaraq, Wedbush Tesla üçün 500 dollar hədəf qiymətini və “bazarın üstünüdür” reytinqini saxlayır, şirkətin süni intellekt sahəsindəki inkişaflarına isə optimist yanaşır.

Seçilən
0
41
fins.az

10Mənbələr