AZ

"Tesla"dan Oval kabinetə: Seçkini hədəfləyib

"Tesla" və "SpaceX"in rəhbəri, milyarder İlon Mask bəyan edib ki, onun yaratdığı Amerika Partiyası 2028-ci ildə ABŞ-də keçiriləcək növbəti prezident seçkisində hansısa namizədi dəstəkləyə bilər.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sahibkar "X"dəki hesabında bəyan edib.

O bildirib ki, prezidentliyə namizədə dəstək istisna edilmir, lakin qarşıdakı 12 ay ərzində diqqət əsasən Konqresin Nümayəndələr Palatasına və Senata keçiriləcək seçkilərə yönələcək.

Xatırladaq ki, bir gün öncə İlon Mask ABŞ-nin Federal Seçki Komissiyasına (FEC) müraciət edərək "Amerika" adlı siyasi partiyanı qeydiyyatdan keçirmək üçün sənədlər təqdim edib.

Qeyd edək ki, Donald Trampın prezidentlik kampaniyası dövründə o və Mask dost münasibətlərdə olublar. Lakin sahibkarın bu il mayın sonunda dövlət qulluğundan ayrılmasından sonra onların münasibətləri pozulub. Gərginliyə səbəb isə vətəndaşlara vergi güzəştləri nəzərdə tutan qanun layihəsi olub.

"Cebheinfo.az" 

Seçilən
0
15
cebheinfo.az

10Mənbələr