Bakı. Trend:
Kürd Fəhlə Partiyasının (PKK) terrorçu qruplaşmasının 50döyüşçüdən ibarət ilk qrupu 10 gün ərzində İraqın Şimalındayerləşən Dahuk şəhərində silahları yerə qoyacaq.
Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qruplaşmanın ümumi tərksilahı prosesinin isəsentyabr ayına kimi yekunlaşacağı gözlənilir. Döyüşçülərinsilahları təhvil verməsi Türkiyə və İraq hökumət nümayəndələrininnəzarəti altında həyata keçiriləcək.
Qeyd edilir ki, tərksilah prosesində hər hansı başqa ölkələrinnümayəndələri və ya BMT təmsilçiləri iştirak etməyəcək və PKKdöyüşçülərinin düşərgələri sonradan İraq hökumətinin nəzarətinəkeçəcək.
KİV-lər bundan əvvəl PKK-nin tərksilah prosesinin 3-4 ayçəkəcəyini yazmışdılar. Qeyd edilmişdi ki, ümumilikdə 3400-ə yaxınyaraqlı silahlarını yerə qoyacaq, lakin onlardan yalnız təqribən 2min nəfəri Türkiyəyə qayıda biləcək.