Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada DEM Partiya heyəti ilə görüşü başa çatıb.
APA NTV-yə istinadən xəbər verir ki, görüşdən sonra DEM Partiyanın bəyanatla çıxış edəcəyi gözlənilir.
***
16:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada DEM Partiya heyətini qəbul edib.
APA NTV-yə istinadən xəbər verir ki, görüşün gündəmində əsas məsələ “Terrorsuz Türkiyə” prosesinin ən mühüm mərhələsi olan PKK-nın tərksilah edilməsidir.
Görüşdə iştirak edən əsas fiqurlar
Görüşdə DEM Partiyasının Van millət vəkili Pervin Buldan, DEM Partiyasının Şanlıurfa millət vəkili Mithat Sancar, MİT rəhbəri İbrahim Kalın və AK Partiyanın sədri müavini Əfqan Ala iştirak edir.
DEM Partiyası İmralıda Öcalanla təmas qurub
Qeyd edək ki, bu, Türkiyə dövlət başçısının DEM Partiya rəhbərləri ilə ikinci görüşüdür.
DEM Partiyasının rəhbərliyi İmralı adasında PKK lideri Abdullah Öcalanla danışıqlar aparıb.
Öcalandan “silahları yerə qoyun” çağırışı
Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb.
Abdullah Öcalanın həbs tarixi və cəzası
PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.