AZ

Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - Foto

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkənin müxalifət partiyalarından olan DEM Partiyasının nümayəndə heyətini qəbul edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə terrorun başa çatdırılması prosesinin gedişatında baş tutan görüşdə partiya başqanının Böyük Millət Məclisindəki nümayəndəsi Pervin Buldan və Şanlıurfadan millət vəkili Mithat Sancar iştirak edib.

1 saat davam edən görüşdə hakim Ədalət və İnkişaf (AK Parti) Partiyasından Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da yer alıb.

Qəbulda əsas mövzu PKK terror təşkilatının fəaliyyətinin tamamilə dayandırılması olub.

Qeyd edək ki, DEM Partiyası Türkiyədə kürdləri öz ətrafında birləşdirir və onların siyasi gücünü təşkil edir.


Seçilən
3
37
qafqazinfo.az

10Mənbələr