EN

"Fənərbağça" Asensionu PSJ-dən icarəyə götürmək istəyir

Fransanın PSJ klubunun yarımmüdafiəçisi Marko Asensio karyerasını növbəti mövsümdə başqa komandada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu 29 yaşlı futbolçunu icarəyə götürmək istəyir. Lakin transferin reallaşmasına əsas maneə ispaniyalının yüksək maaşıdır.

Onun illik əməkhaqqısının 13-14 milyon avro civarında olduğu bildirilir. İstanbul təmsilçisi PSJ-dən maaşın müəyyən hissəsini ödəməyi xahiş edib. Buna baxmayaraq, rəsmi təklif mərhələsinə hələ keçilməyib.

Qeyd edək ki, ötən mövsümün ikinci yarısını Asensio İngiltərənin “Aston Villa” klubunda icarədə keçirmiş, ümumilikdə 2024/25 mövsümündə 37 oyunda iştirak edib.

Chosen
26
7
90deqiqe.az

8Sources