EN

Yekaterinburqdakı diasporumuzun rəhbəri HƏBS EDİLDİ

Yekaterinburqda fəaliyyət göstərən “Azərbaycanca-Ural” diaspor təşkilatının rəhbəri Şahin Şıxlinski həbs edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, diaspor təşkilatının rəhbəri Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi saytımıza təsdiqləyib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Chosen
21
50
modern.az

10Sources