Moskva vilayətindəki Azərbaycan diasporunun başçısı Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edilib.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
"Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin rəhbəri ölkədə qalma qaydalarını pozduğuna görə saxlanılıb", - KİV-lər bildirib.
Yaxın vaxtlarda o, Rusiyadan deportasiya ediləcək.