EN

Qvardiola: “Əl-Hilal”a məğlub olmağımıza çox təəssüflənirəm”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 2025-ci il FIFA Klub Dünya Kubokunun “Əl-Hilal” ilə 1/8 final oyununu şərh edib.

Arena.az məlumat verir ki, əsas vaxtı 2:2 hesabı ilə başa çatmışı oyunun əlavə vaxtında “şəhərlilər” Səudiyyə Ərəbistanı nəhəngi qarşısında tab gətirə bilməyiblər – 3:4.

Qvardiola matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Cari mərhələdə bütün oyunlar mürəkkəbdirlər. Biz rəqibə çox şeyi etməsinə iman verirdik, amma elə, özümüz də az fürsət yaratmadıq. Çox təəssüf edirəm. Hər şey yaxşı gedirdi, mən isə öz oyunçularıma və klub əməkdaşlarına minnətdarlığımı sözlərlə ifadə edə bilmirəm. Biz güc-qüvvəmiz daxilində mümkün olan hər şeyi ortaya qoyduq”, – “Mançester Siti”nin rəsmi saytı 54 yaşlı ispan mütəxəssisdən sitat gətirir.

Beləliklə “Mançester Siti” klublararası dünya çempionatı ilə vidalaşıb. 1/4 finala vəsiqə qazanmış “Əl-Hilal” isə bu mərhələdə Braziliya nəhəngilərindən “Fluminense” ilə qarşılaşacaq.

Chosen
18
6
arena.az

10Sources