EN

DÇ-2026 ilə bağlı təklif – Oyun qaydasında dəyişiklik olsun

Futbol oyunlarında hissələrarası fasilənin müddəti uzadıla bilər.

Msport.az xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPro) təklif irəli sürüb.

2026-cı ildə keçiriləcək dünya çempionatının oyunları zamanı ilk hissədən sonra fasilə müddətinin 15-dən 20 dəqiqəyə yüksəldilməsi təklif olunub.

Bundan əlavə, FIFPro havanın 28 dərəcədən yuxarı isti olacağı təqdirdə futbolçuların sağlamlığının qorunması məqsədilə matçların təxirə salınmasını tövsiyə edib.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.

Chosen
47
2
msport.az

10Sources