AZ

Futbolda hissələrarası fasilələnin müddəti artırılacaq?

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında fasilələrin uzadılmasını təklif edib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Təşkilat hər iki hissə arasında fasilənin 15 dəqiqədən 20 dəqiqəyə artırılmasını təklif edir. DÇ-2026 ABŞ, Kanada və Meksika ərazisində baş tutacaq. Turnirin keçiriləcəyi 16 şəhərdən 9-da havanın istiliyi və rütubət səviyyəsi oyunçular üçün sağlamlıq baxımından son dərəcə təhlükəli şərait yarada bilər. Bu şəhərlər arasında Atlanta, Boston, Dallas, Qvadalxara, Hyuston, Kanzas-Siti, Mayami, Monterrey və Filadelfiya yer alır.

FIFPro-nun tövsiyələrinə əsasən, havanın temperaturu 28°C-dən yuxarı olduqda, futbolçuların sağlamlığını qorumaq üçün oyunların təxirə salınması və ya başqa vaxta keçirilməsi məsləhət görülür.

Seçilən
30
2
publika.az

10Mənbələr