AZ

Deko DÇ-2026-nın favoritini açıqladı

BAKI, 7 iyul. TELEQRAF

“Barselona”nın idman direktoru Deko DÇ-2026-nın favoritləri haqqında fikirlərini bölüşüb.

Teleqraf “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, klub rəsmisi İspaniya yığmasını daha güclü hesab edir.

Deko bildirib: “İspaniya hazırda ən mütəşəkkil komandadır. Komanda mundialın qalibi olmaq üçün əsas namizədlər sırasındadır. Çox yaxşı məşqçisi olan Argentinanı da nəzərə almaq lazımdır.

Bu iki əsas favoritdən sonra komanda formalaşdırmaq mərhələsində olan Braziliya, Fransa, Portuqaliya və Almaniyanın adını çəkərdim”.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də keçiriləcək. Turnirin final mərhələsində ilk dəfə 48 komanda mübarizə aparacaq.

Seçilən
13
20
teleqraf.com

10Mənbələr