EN

Rusiya Azərbaycana qarşı imperialist düşüncədən və şovinist mövqedən çıxış etməyə son qoymalıdır

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiyada yaşayan azərbaycanlılara qarşı son günlərdə törədilən hücumlar, Azərbaycan təyyarəsinin bir neçə ay bundan əvvəl Rusiya Federasiyasının səmasında vurulması, Azərbaycanda fəaliyyət göstərən “Rus evinin” qeyri-şəffaflığı kimi məsələlər Rusiya-Azərbaycan münasibətlərində Rusiyanın Azərbaycana qarşı eybəcər siyasətinin təzahürlərinin bir formasıdır. Bu, nəticə etibarilə Rusiyada baş qaldıran şovinizmin göstəricisidir. Rus şovinizmi həmişə başqa millətləri təhdid edib. Çox təəssüf ki, son dövrlərdə Rusiya imperializminin qisasçı fəaliyyətinin obyektinə Azərbaycan və azərbaycanlılar çevrilib”.

Bu barədə Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər şeydən öncə təəssüf doğurur.

“Rusiya və Azərbaycan 2022-ci il fevralın 22-də müttəfiqlik, birgə fəaliyyəti haqqında saziş imzalanmış, iki qonşu ölkədir. Bu səbəbdən də bu gün Rusiyada baş verənlər hər şeydən öncə qonşuluğa və ikitərəfli birgə fəaliyyət haqqında müttəfiqlik, birgə fəaliyyəti haqqında qanuna, böyük sazişin ruhuna ziddir. Ancaq nə yazıq ki, biz Rusiyanı uzun illərdir tanıyırıq və zaman-zaman belə təzahürlərə məruz qalırıq. Bu, 90-cı illərin əvvəllərində də belə oldu. Hələ SSRİ dövründə SSRİ-nin tərkibində yaşadığımız vaxtlarda da biz Rusiya imperializminin qurbanlarına çevrilmiş 20 yanvar 1992-ci il hadisəsi kontekstində,fevral ayında baş verən Xocalı soyqırımı kontekstində ermənilərimizin torpaqlarımızı işğal edərək, 30 il işğal altında saxlanması kontekstində biz həmişə Rusiya faktoru gördük”-deyə Hikmət Babaoğlu qeyd edib.

Deputat fikrincə, artıq XXI əsrdə Rusiya qəbul etməlidir ki, onun postsovet məkanı kimi baxdığı ərazidə olan dövlətlər müstəqil dövlətlərdir və onların öz iradələri var.

“Bu dövlətlər tarixən də müstəqil olub. İmperiya həmin dövlətlərə qarşı öz imperiya ambisiyalarından əl çəkməlidir. İlk növbədə Azərbaycana qarşı imperialist düşüncədən və şovinist mövqedən çıxış etməyə son qoymalıdır”-deyə Hikmət Babaoğlu vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
50
bizimyol.info

10Sources