EN

Azərbaycanın pomidor ixracından gəlirləri 5% artıb

Banco.az saytına istinadən ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-may aylarında Azərbaycan 113.8 mln. ABŞ dolları dəyərində pomidor ixrac edib. Bu, illik müqayisədə 5.2 milyon dollar və ya 4.9% çoxdur. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2024-cü ilin yanvar-may aylarında pomidor ixracının ümumi dəyəri 108.6 milyon dollara bərabər olub.

Qeyd edək ki, may ayında isə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (39,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq (27.2 milyon ABŞ dolları) ikinci, qızıl (25,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
24
banco.az

10Sources