EN

Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?

Sertifikasiya imtahanlarında texniki və humanitar fənlərə eyni vaxtın ayrılması müəllimlər arasında müzakirələrə səbəb olub.

Təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bu məsələyə münasibət bildirərək qeyd edir ki, imtahanlarda bərabərlik prinsipi qorunmalı, eyni zamanda fənlərin xüsusiyyətləri də nəzərə alınmalıdır.

163584

“Dəfələrlə bildirmişəm ki, sertifikasiya prosesində bərabər hüquqlar təmin olunmalı, bu hüquqlar hər kəs üçün yaradılmalıdır. Əgər texniki fənlərə iki saat vaxt ayrılırsa, humanitar fənlərə də eyni qədər vaxt verilməlidir. Əgər hansısa fənnin sualları və ya mətnin həcmi daha böyükdürsə, bu halda həmin fənn üçün əlavə vaxt ayrılması məntiqidir. Lakin bu cür fərq tətbiq olunursa, eyni yanaşma digər fənlərə də şamil edilməlidir.

Riyaziyyat müəllimi ilə fizika müəllimi bir-birinə rəqib deyil. Əgər rəqabət anlayışı varsa, bu yalnız eyni fənn üzrə müəllimlər arasında ola bilər. Əgər imtahan üçün hər hansı normativlə 3 saat müəyyən edilibsə, suallar da həmin müddətə uyğun hazırlanmalıdır. Əgər sualın mətn və ya cavab həcmi bu vaxtı aşırsa, bu artıq düzgün yanaşma deyil. Bu səbəbdən də imtahanın təşkili və sualların tərtibi zamanı bu amillər mütləq nəzərə alınmalıdır”.

Chosen
6
37
azedu.az

6Sources