EN

Türkiyədə 10 nəfər casusluq ittihamı ilə tutulub

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

Türkiyədə 10 nəfər casusluq ittihamı ilə tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırmalar çərçivəsində başda İstanbul olmaqla 7 şəhərdə xarici ölkə kəşfiyyatına "işlədikləri" şübhə doğuranlara qarşı əməliyyat keçirilib.

Məlumata görə, “hərbi və siyasi casusluq”da ittiham olunan 10 şübhəli qandallanıb: "Saxlanılanlar tibbi müayiıədən keçirildikdən sonra məhkəməyə aparılıblar. Çağlayandakı İstanbul Məhkəməsində keçirilən prosesdə 9 nəfər haqqında həbs tədbiri seçilib, biri isə ev dustaqlığına buraxılıb"

Məsələnin təfərrüatı açıqlanmasa da, bird etal Türkiyə mətbuatında yazılıb. Qeyd edilib ki, saxlanılanlar hətta ticarət sirri sayılan özəl və məxfi idxal-ixrac məlumatlarını pul qarşılığında üçüncü şəxslərə "satıblar": "Bundan başqa, 4 şübhəlinin müdafiə sənayesi şirkətləri tərəfindən alınmış və ya satılan avadanlıq və materialların məlumatlarını "sızdırıblar"

Samir MUSAYEV

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
47
mia.az

10Sources