AZ

“Mor-mor” suları anti-sanitar şəraitdə qablaşdırılır? - VİDEO

Gədəbəy Rayon İcra Hakimiyyətinin baş memarı Əlövsət Bayramova məxsus olduğu bildirilən obyektdə anti-sanitar şəraitdə “Mor-mor” əmtəə nişanlı içməli suyun qablaşdırılması ilə bağlı görüntülər yayılıb.

 

Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə deyilənə görə, bu su əhalinin sağlamlığına ziyandır. İstifadəçilərin bəziləri isə "Mor-mor"un keyfiyyətli olduğunu bildirib.

 

Məsələ ilə bağlı Pravda.az "MOR-MOR K.F.T." MMC-yə sorğu ünvanlasa da, şirkətdən hələ də heç bir mövqe bildirilməyib.

 

Qeyd: Yayılan görüntülərdə həm də iddia edilir ki, sözügedən suların qablaşdırıldığı olunduğu ərazidə Əlövsət Bayramov özbaşına tikinti işləri də aparıb. “Pravda.az” Ə.Bayramovla əlaqə saxlamağa çalışsa da, bu, mümkün olmayıb. Mövqeyini dərc etməyə hazırıq.

 

Aytəkin Qardaşova

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by pravda.az (@az_pravda)

Tarix: 1 İyul 2025, 12:16   
Seçilən
3
21
pravda.az

10Mənbələr