Türkiyədə rusiyalı turistlərin istifadə etdiyi “Letim” ödəniş sisteminin fəaliyyətində problem yaranıb.
News24.az-ın məlumatına görə, son günlər ərzində tətbiqə giriş mümkün deyil, bankomatlardan pul çıxarmaq olmur, fiziki kartlar işləmir və rus banklarından balans artırmaq mümkün deyil.
Yeni istifadəçilər qeydiyyat mərhələsində – şəxsiyyətin identifikasiyası zamanı çətinliklərlə üzləşir, çünki tətbiq ümumiyyətlə açılmır. Bundan başqa, son aylarda fiziki kartların Rusiyaya çatdırılması da dayandırılıb.
“Letim” tərəfi logistik problemlər olduğunu desə də, Türkiyədəki nasazlıqlarla bağlı rusiyalıların müraciətlərinə texniki dəstək cavab vermir. Bankomatlardan nağd pul çıxara bilməyən turistlər isə pul çatışmazlığı səbəbindən sosial şəbəkələrdə “Letim” kartlarını doğradıqları fotoları paylaşmağa başlayıblar.
Aqil