EN

“Yuventus” ulduz futbolçunu əvəzedici komandaya göndərə bilər: Nə baş verir?

Serbiya millisinin hücumçusu Duşan Vlahoviç “Yuventus”un əsas komandasının oyunlarından uzaqlaşdırıla bilər.

Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Xəbərə görə, Vlahoviçin Turin klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir və onun azad agent kimi ayrılmaq ehtimalı “Yuventus”un rəhbərliyini narahat edir. Serb hücumçu nə klubdan ayrılmaq, nə də maaşının azaldılması şərti ilə müqaviləni uzatmaq istəyir.

Futbolçunun bu mövqeyi “Yuventus”un transfer bazarındakı fəaliyyətini iflic edib. Belə ki, klub azad agent kimi heyətinə qatmaq istədiyi kanadalı hücumçu Conatan Deyvidin transferini dayandırmalı olub. Rəhbərlik Vlahoviçi əvəzedici komandaya göndərməyi və ya ümumiyyətlə növbəti mövsüm üçün sifariş ərizəsinə daxil etməməyi nəzərdən keçirir. Bu addımla klub futbolçunu ayrılmağa sövq etməyə çalışacaq.

Chosen
21
20
publika.az

10Sources