BAKI. 5 iyul. TELEQRAF
"Yuventus" kanadalı hücumçu Conatan Devid ilə müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Turun klubunun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 25 yaşlı forvardla 2030-cu ilin yayına qədər müqavilə bağlanılıb.
İstedadlı futbolçu İtaliyala klubuna Fransa “Lill”indən keçib. “Yuve”yə azad agent status ilə transfer olunan kanadalının illikməvacibinin 6 milyon avro olacağı bildirilir.