EN

İstirahət etdiyi yerdə maşın vurub öldürdü - Qəza törədən həkim imiş

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Azad Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə 75 yaşlı Fəxrəddin Beybudovu vurub.

Belə ki, F. Beybudov məhəllədə yol kənarındakı daşın üzərinə oturub istirahət edirmiş. A. Abdullayevin idarə etdiyi avtomobil yoldan çıxaraq onu vurub.

Məlumata görə, Kiçik Dəhnə kənd sakini Azad Abdullayev isə kənd xəstəxanasının həkimidir. 

Sakinlərin iddiasına görə, o, toydan qayıdarkən hadisəni törədib.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

Chosen
22
2
qafqazinfo.az

5Sources