Həkim yol kənarında oturan kişini maşınla əzib.
Xezerxeber.az xəbər verir ki, hadisə Şəkinin Böyük Dəhnə kəndi ərazisində olub. Kənd sakini 75 yaşlı Fəxrəddin Beybudov məhəllədə yol kənarındakı daşın üzərinə oturub istirahət edirmiş. Azad Abdullayevin idarə etdiyi avtomobil yoldan çıxaraq kişini vurub.
Avtomaşını idarə edən şəxs Kiçik Dəhnə kənd sakini Azad Abdullayev kənd xəstəxanasının həkimidir. Sakinlərin iddiasına görə, o, toydan qayıdarkən hadisəni törədib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.