EN

İlon Mask yeni siyasi partiya yaratmağa çağırdı

BAKI, 30 iyun. TELEQRAF.

Amerikalı miyarder, ABŞ Hökumətinin Effektliyi Departamentinin sabiq rəhbəri İlon Mask ölkədə yeni siyasi partiyanın yaradılmasına çağırıb.

Teleqraf xəbər verir ki, İ.Mask öz sosial şəbəkə hesabında belə yazıb.

O qeyd edib: "Borc tavanını rekord həddə 5 trilyon dollar artıran bu qanun layihəsinə çılğın xərclər birpartiyalı dövlətdə yaşadığımızı açıq şəkildə göstərir".

Mask əlavə edib ki, Amerika adlı "yeni siyasi partiyanın yaradılmasının vaxtıdır", onun fikrincə, "əslində insanların qayğısına qalacaq".

Chosen
44
19
teleqraf.com

10Sources