ABŞ prezidenti Donald Tramp Texas ştatının Kerr dairəsində fövqəladə vəziyyət elan edib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Truth Social" səhifəsində bildirib.
ABŞ liderinin fikrincə, bu tədbir seldən ən çox zərər çəkmiş əraziyə lazımi resursları dərhal ayırmağa imkan verəcək. O qeyd edib ki, bir çox amerikalı təbii fəlakətdən sağ çıxa bilməyib, digərləri isə itkin düşüb, lakin təcili yardım xidmətləri 850-dən çox insanın həyatını xilas edə bilib.
Dövlət başçısı əlavə edib ki, rəhbərlik etdiyi administrasiya dövlət və yerli hakimiyyət orqanları ilə əməkdaşlığı davam etdirir.