AzVision.az xəbər verir ki, sənəd ABŞ Federal Seçki Komissiyasının saytında yerləşdirilib.
Ərizə iyulun 6-da təqdim edilib.
***
20:37
İlon Mask “X” şəbəkəsindəki hesabında siyasi partiya yaratdığını bəyan edib. Yeni partiya “Amerika” adlanacaq.
O, əvvəlcə sosial hesabında partiya yaratmaq ideyasını səsə qoymuşdu. 1,2 milyon nəfərdən 65,4% təşəbbüsü dəstəkləyib.
“İzafi xərclər və rüşvəylə bizim ölkəmizi müflis olmağa doğru sürükləriyirlər. Bu partiyanı sizin azadlığınızı yenidən özünüzə qaytarmaq üçün yaratmışıq. Çünki faktik olaraq biz demokratiyada yox, birpartiyalı sistemdə yaşayırıq” ,- milyarder vurğulayıb.
Maskın sözlərinə görə, onu partiya yaratmağa sövq edən səbəblərdən biri də Donald Trampın büdcə kəsirinin yuxarı həddini Baydenin vaxtındakı $2 trilyondan $2,5 trilyona qaldırmasıdır.
Artıq Mask partiyanın qeydiyyat sənədini ABŞ-nin Mərkəzi Seçki Komissiyasına təqdim edib. Sənəd hələ ki Komissiyanın saytında baxılmamış sənədlərin reyestrindədir.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta