EN

Toydan qayıdan həkim kişini istirahət etdiyi yerdə avtomobillə vurdu

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Həkim yol kənarında oturan kişini idarə etdiyi avtomobillə vuraraq öldürüb.

Oxu.Az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, hadisə Şəkinin Böyük Dəhnə kəndi ərazisində olub. Kənd sakini 75 yaşlı Fəxrəddin Beybudov məhəllədə yol kənarındakı daşın üzərinə oturub istirahət edirmiş. Azad Abdullayevin idarə etdiyi avtomobil yoldan çıxaraq kişini vurub.

Avtomobili idarə edən şəxs Kiçik Dəhnə kənd sakini Azad Abdullayevdir və o, kənd xəstəxanasının həkimidir. Sakinlərin iddiasına görə, o, toydan qayıdarkən hadisəni törədib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Toydan qayıdan həkim kişini istirahət etdiyi yerdə avtomobillə vurdu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
2
oxu.az

5Sources