EN

“Atletiko” iki futbolçusu ilə yollarını ayırdı

Madridin “Atletiko” klubu müdafiəçi Aksel Vitsel ilə yollarını ayırıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 36 yaşlı futbolçunun müqaviləsinin müddəti başa çatıb və yeni sözləşmə imzalanmayıb.

Qeyd edək ki, belçikalı futbolçu “Atletiko”ya 2022-ci ilin yayında qoşulmuşdu. O, Madrid təmsilçisinin heyətində 116 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Təcrübəli futbolçu daha əvvəl “Standard”, “Benfika”, “Zenit”, Çin təmsilçisi “Tianjin Quanjian” və “Borussiya Dortmund” klublarında çıxış edib.

“Atletiko” eyni zamanda Mozambik əsilli müdafiəçi Reynildo Mandavanın da komandadan ayrıldığını açıqlayıb.

Chosen
22
50
90deqiqe.az

10Sources