AZ

Ostervolde ilə danışıqlar başladı – Sözləşmə uzadılır

Türkiyənin “Fənərbaxça” klubu müdafiəçi Ceyden Ostervolde ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı niderlandlı futbolçunun sözləşməsini uzatmaq üçün artıq rəsmi danışıqlara başlayıb.

Bu barədə insayder Yağız Sabuncuğlu məlumat yayıb.

Xatırladaq ki, Ceyden Ostervolde 2023-cü ilin yanvarında İtaliyanın “Parma” klubundan transfer olunub.

Qeyd edək ki, o, ötən mövsüm aprel ayında dizindən aldığı ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb. Müdafiəçi həmin zədəyə görə mövsümün son oyunlarında iştirak edə bilməyib və reabilitasiya müddətini yay aylarında başa vurub.

Hazırda tam sağalan futbolçunun yeni mövsüm üçün komandanın əsas planlarında yer alacağı gözlənilir. Müqavilənin yaxın günlərdə yenilənəcəyi ehtimal olunur.

Remsinin yeni klubu müəyyənləşdi

Marotta Hakan barədə: "Onu zorla saxlamaq fikrimiz yoxdur"

"Beşiktaş" Abrahamı açıqladı - RƏSMİ

Müller İtaliya yolunda

Con Duran “Fənər”lə razılaşdı

Seçilən
19
50
apasport.az

10Mənbələr